Həyat yoldaşı ilə dava edən qadın özünü yandırdı
21 İyul 2010 Çərşənbə 11:15
Sumqayıtda dəhşətli hadisə baş verib. Həyat yoldaşı ilə dava edən qadın özünü yandırıb.
Sunqayıtda qadın özünü yandırıb. Şəhər Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dünən Kimyaçılar qəsəbəsi, 86 saylı evdə yaşayan 44 yaşlı Təranə Camalova üzərinə benzin tökərək özünü yandırıb.

Ailə üzvlərinin səyi nəticəsində yanğın söndürülüb və o, xəstəxanaya çatdırılıb. Amma həkimlərin səyinə baxmayaraq, yanıq xəsarəti ağır olduğundan, T. Camalovanın həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun özünə qəsd etməsinin dəqiq səbəbləri məlum olmasa da, onunla həyat yoldaşı arasında uzun müddətdir münaqişə olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar