Türkiyədə hərbi təlim vaxtı atılan minomyotun yaxın məsafəyə düşərək patlaması 15 əsgərin yaralanması ilə nəticələnib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İzmir şəhəri Foça rayonundakı Jandarm Desant məktəbində yerli vaxtla saat 16.00-da (Bakı vaxtıyla 18.00) baş verib. Məlumata görə, çavuşlar üçün keçirilən müxtəlif hərbi təlimlər vaxtı minomyot atışı da həyata keçirilib. Atılan minomyotlardan biri isə uzaq məsafəyə getməyərək tribunadan təlimləri izləyən əsgərlərin qarşısında partlayıb. Hadisə nəticəsində müxtəlif xəsarət alan 15 hərbçi Foça dövlət xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti stabildir və heç birinin həyati təhlükəsi yoxdur.
Hərbi təlimlərdə qəza: 15 yaralı
Atılan minomyotlardan biri isə uzaq məsafəyə getməyərək tribunadan təlimləri izləyən əsgərlərin qarşısında partlayıb




Şərhlər