Hərbi Dəniz donanmasının əsgəri güllələndi
11 May 2010 Çərşənbə Axşamı 18:55
Hərbi Dəniz donanmasının əsgəri güllələndi. Ölən əsgərə öz əsgər yoldaşı tərəfindən 3 dəfə atəş açılıb.
Mayın 10-da Bakı şəhərində Hərbi Dəniz donanmasında xidmət edən əsgər öz əsgər yoldaşı tərəfindən öldürülüb. Ölən əsgər 1990-cı il təvəllüdlü Elçin Kərimovun qohumlarının verdiyi məlumata görə, o, Şəmkir rayonundan hərbi xidmətə çağırılıb və hələlik adı açıqlanmayan əsgər tərəfindən avtomatla qətlə yetirilib.
Bakı şəhər Hərbi Prokurorluğundan hadisənin baş verməsi təsdiqlənib və hadisənin donanmanın qurudakı postunda baş verdiyi bildirilib.
Elçin Kərimovun qohumlarının söylədiyinə görə, 1 il, 6 ay qulluq edən əsgərin hərbi xidmətinin bitməsinə 50 gün qalıbmış. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: