Həmyerlisini öldürən şəxsə hökm oxundu
18 Sentyabr 2009 Cümə 14:35
Arif Babayev 15 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 1 nəfəri qətlə yetirən, 1 nəfəri isə zorlamaqda ittiham edilən Tovuz rayon sakininə hökm oxunub. ANS PRESS-in məlumatına görə, Arif Babayev Yanıqlı kənd sakini 43 yaşlı Yaşar Cəfərovu qətlə yetirib sonra onun maşınında əyləşən qadını zorlayıb. Təqsirləndirilən Yaşar Çəfərovun yanındakı qadınla əxlaqsız hərəkətlər etdiyini bildirib. “Ona buradan uzaqlaşmağı tapşırdım. Lakin o bunu etmədi. Nəticədə aramızada mübahisə yarandı və mən Yaşarın boğazını kəsdim. Sonra qadınla əylənmək həvəsinə düşdüm. Onu çay qırağına apardım. Əsmər məni aldatdı və qaçdı. Məndə qəzəblənib meyiti yandırdım”.
Hakim Rasim Sadıqovun sədrlik etdiyi məkəməninin hökmü ilə Arif Babayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 10-ya yaxın maddəsi ilə ittiham edilir.
DOSTLARINLA PAYLAŞ: