Həmkəndlisini qətlə yetirən şəxs Qazax sakini saxlanılıb
13 Avqust 2010 Cümə 17:40
Qətl hadisəsi şəxsi münaqişə zəminində baş verib.
Avqustun 13-də saat 00:35 radələrində Ağstafa rayonunun Zəlimxan kənd sakini, 1984-cü il təvəllüdlü Həsənov Kamil Rəfail oğlunun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarəti olan meyiti təcili tibbi yardım avtomaşını ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, rayon polis şöbəsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə foto çəkilişlər aparılmaqla baxış keçirilib, meyitin xarici müayinəsi aparılıb, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan mətbəx bıçağı götürülüb.

İlkin araşdırmalarla müəyyən edilib ki, Zəlimxan kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Mühüt Sahib oğlu həmin gün saat 00:10 radələrində yaşadığı evin qarşısında həmkəndlisi Kamil Həsənovla şəxsi münasibətlər zəminində mübahisə edib dalaşarkən sonuncunun sol qoltuqaltı nahiyəsindən mətbəx bıçağı ilə bir zərbə vuraraq onu qəsdən öldürüb və hadisə yerindən qaçıb gizlənib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən M.Hüseynov həmin gün saat 03:00 radələrində Qazax şəhərində tutularaq istintaqa cəlb edilib.

M.Hüseynov şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.
Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar