Hadisə

Hamilə qadın 5-ci mərtəbədən yıxılıb öldü

Hadisə Sumqayıtda baş verib

· Xəbərçi
Hamilə qadın 5-ci mərtəbədən yıxılıb öldü
Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 21:15 radələrində 4-cü mikrorayonda yerləşən 7 saylı yataqxanada qeydə alınıb.

23 yaşlı Almaz Mirələm qızı Qəmbərova yataqxananın 5-ci mərtəbəsində, yaşadığı 132 saylı mənzilin eyvanından paltar asarkən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Hamilə olduğu bildirilən A.Qəmbərova elə hadisə yerində ölüb.

Faktla bağlı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər