Hadisə

Hamilə qadın 3-cü mərtəbədən düşdü

Ötən gecə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/26, mənzil 4-də yaşayan 30 yaşlı Gülşən Hacıyeva 3-cü mərtəbədən yıxılıb.

· Xəbərçi
Hamilə qadın 3-cü mərtəbədən düşdü
Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Mərhumun 8 aylıq hamilə olduğu bildirilir.

Polis İdarəsindən bildirilib ki, G. Hacıyeva yaşadığı evin eyvanında paltar sərərkən ehtiyatsızlıqdan yıxılıb. Lakin onun özünə qəsd etməsi faktı da istisna edilmir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər