Hamama çimməyə girdi, partlayışdan yandı
02 İyun 2011 Cümə Axşamı 22:57
Qaradağ rayonunun Korgöz qəsəbəsi sakinin təmiz olmaq niyyəti baha başa gəlib
16 yaşlı gəncin hamama girib təmiz olmaq niyyəti ona baha başa oturub. Qəfil baş verən partlayış gənci xəstəxanalıq edib. Belə ki, gecə saatlarında Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində yerləşən fərdi evlərdən birində qaz sızması alovla müşahidə olunan partlayışa səbəb olub. Nəticədə həmin evdə yaşayan 16 yaşlı Mirzəyev Mirzə Əlirza oğlu ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı elə yaxınları tərəfindən 5 saylı Şəhər Xəstəxanasının Yanıq şöbəsinə çatdırılıb.
Həkim Vüqar Zeynalovun sözlərinə görə, xəstə xəstəxanaya gətiriləndə, vəziyyəti kritik idi: “Bədəninin 90-95 faiz yanmışdı. Artıq bütün tədbirlər görülüb. Hazırda xəstə reanimasiya şöbəsindədir. Onun bədənin bütün hissəsi, yuxarı nahiyələri, başı, üzü, yuxarı ətrafları, yuxarı tənəffüs yolları yanıb. Travma almayıb”.
Xəstəxanada müalicəsi davam etdirilən 16 yaşlı yeniyetmənin vəziyyəti hazırda ağır olaraq qalır. M. Mirzəyevin ailə üzvləri partlayış səsini eşitməsələr də, evin hamamı partlayış nəticəsində tamamilə dağılıb. Tavanı və divarları zərər görüb. Qaz sızmasının necə yaranması isə ailə üzvləri kimi, işi araşdıran rayon hüquq-mühafizə orqanı əməkdaşlarına da məlum deyil. Araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: