Hakimin arvadını öldürən şəxs tutuldu
16 Oktyabr 2010 Şənbə 09:55
Hakimin arvadını öldürən şəxs tutuldu. Hadisə pul üstündə olub.
Bakıda Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşını qətlə yetirən şəxs tutulub. Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, Natəvan Mahmudovanı qətlə yetirən şəxs 38 yaşlı Xalidə Bababəy qızı Əhmədovadır. Buzovna qəsəbəsində yerləşən hərbi şəhərcikdə yaşayan X.Əhmədova artıq polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanına təhvil verilib.
O, ilkin dindirmə zamanı birdirib ki, qətli sələm pul üstündə törədib. Onun sözlərinə görə, mərhum sələm pul verməklə məşğul olurmuş. N.Mahmudova ona da müəyyən miqdarda pul veribmiş. Xalidə dindirmə zamanı N.Mahmudovanı öldürmək məqsədi olmadığını deyib. Sadəcə pul məsələsi üçün N.Mahmudovanın evinə gəlib və aralarında mübahisə yaranıb. Mübahisə zamanı balışı mərhumun ağzına sıxaraq boğub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: