Hacıqabulda yaralananlardan daha biri vəfat edib
10 Avqust 2011 Çərşənbə 06:13
Etibar Səfərov vəziyyəti ağır olduğu üçün helikopterlə Bakıya gətirilən 7 nəfərdən biri idi
Hacıqabul rayonunda baş verən partlayışda yaralananlardan biri Bülbülə qəsəbəsi sakini Etibar Səfərov Bakının 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq Mərkəzində vəfat edib.

Xəstəxanadan verilən məlumata görə, Hacıqabuldan helikopterlə gətirilən digər 7 yaralıya tibbi yardım və müalicə göstərilir. 1 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Daha iki yüngül xəsarət alan şəxsə yardım göstərilib və ambulator müalicə almaq üçün evə buraxılıb.

Xatırladaq ki, ötən gün saat 15.00 radələrində Hacıqabul rayonu ərazisində, Bakı-Qazax yolunun Padarçöl kəndi ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Yanacaqdaşıyan maşından məntəqənin bazasına benzin vurularkən qəfil yanğın başlayıb və partlayış olub. Nəticədə yanacaq daşıyan maşın ikiyə bölünüb. Həmin vaxt məntəqədə yanacaq götürən bir neçə minik avtomobili, həmçinin içi sərnişinlə dolu avtobus alışıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar