Hacıqabulda qardaşı arvadını öldürən şəxs tutulub
08 Mart 2011 Çərşənbə Axşamı 13:41
Fikrət Ələkbərov qətli törətdiyi rayonda saxlanılıb
Hacıqabulda ötən gün qardaşı arvadını qətlə yetirərək hadisə yerindən qaçan Fikrət Ələkbərov tutulub. Bu, rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.F.Ələkbərov Hacıqabul rayonunda saxlanılıb.
Qeyd edək ki, rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə martın 5-i axşam saat 20.00 radələrində baş verib.
Rayon sakini Fikrət Ələkbərov qardaşı arvadı Güldəstə Ələkbərovanı yaşadığı evdə, valideynlərinin gözü qarşısında döş nahiyəsindən bir bıçaq zərbəsi vuraraq xüsusi amansızlıqla qətlə yetirib. Hadisədən sonra F.Ələkbərov hadisə yerini tərk edib.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı rayon Prokurorluğunda AR CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: