Hadisə

Hacıqabulda iki yük maşını toqquşub

Hadisə nəticəsində bir nəfər həlak olub.

· Xəbərçi
Hacıqabulda iki yük maşını toqquşub
Bu gün saat 01.40 radələrində Hacıqabul rayonu ərazisində, Raqif Əmirov idarə etdiyi "KaMAZ" markalı avtomaşını Bərdə rayon sakini Eldar Bərxudarovun idarə etdiyi "KaMAZ" markalı avtomaşına vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə nəticəsində E.Bərxudarov aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər