Hacıqabulda baş verən partlayışın səbəbkarının adı açıqlanıb
10 Avqust 2011 Çərşənbə 10:48
Baş verən faciəli hadisə ilə bağlı hələlik məsuliyyətə cəlb olunan yoxdur


Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın Hacıqabul rayonunda baş verən partlayışa səbəb olan maşının sürücünün şəxsiyyəti müəyyənləşib. Bu barədə APA-ya Hacıqabul rayon prokuroru Tariyel Qurbanov məlumat verib. Onun sözlərinə görə, hadisəyə səbəb olan yanacaq daşıyan yük maşının sürücüsü, Naxçıvan Muxtar Respublikası, Şərur rayon sakini, 1965-ci il təvəllüdlü Çingiz İdris oğlu Hacıyevdir. O, hadisə zamanı dünyasını dəyişib. Hadisənin əsas səbəbkarının artıq həyatda olmadığını xatırladan T. Qurbanov baş vermiş faciəli hadisə ilə bağlı hələlik heç kimin məsuliyyətə cəlb edilmədiyini deyib.

Qeyd edək ki, dünən Hacıqabul rayonundakı yanacaqdoldurma məntəqəsi qarşısında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar