Hacıqabuldayol qəzasında 5 nəfər ölüb
08 Avqust 2011 Bazar Ertəsi 12:22
Onlardan 3-ü bir ailənin üzvüdür


Hacıqabul. Əlibəy Zeynallı – APA. Bakı Qazax yolunun 138-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Sumqayıt şəhər sakini Quliyev Tapdıq Məlik oğlu “Mercedes” markalı, 10 MZ 775 dövlət nömrə nişanlı avtomobili idarə edərkən onu aşırıb. Nəticədə onun özü və avtomobildə olan 4 sərnişindən 3-ü hadisə yerində həlak olub. Sərnişinlərdən biri isə Şirvan Şəhər Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, sürücü və avtomobildə olan digər şəxslər T. Quliyevin hərbi xidmətdə olan oğlunun andiçmə mərasimindən qayıdırmışlar. Yol qəzasında həlak olanlardan 3-nün bir ailənin üzvü olduğu açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar