Hadisə

Hacıqabulda baş verən avtomobil qəzasında iki qadın ölüb

Hacıqabulda ölümlə nəticələn avtomobil qəzası baş verib.

· Xəbərçi
Nəticədə avtomobildə olan sərnişinlər - Zərdab rayon sakinləri, 1959-cu il təvəllüdlü İsmayılova Məleykə Zahid qızı və 1952-ci il təvəllüdlü Əhmədova Qətibə Ərəstun qızı hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb.

Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. APA

Şərhlər