Hacıqabulda ağır yol qəzası baş verib
15 Mart 2010 Bazar Ertəsi 15:00
Hacıqabulda ağır yol qəzası baş verib. “BMW” markalı avomobil “Mercedes”lə toqquşub.
Azərbaycanın Hacıqabul rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, martın 14-ü saat 21.00 radələrində, Hacıqabul rayonu ərazisində, Gürcüstan vətəndaşı Nadir Nuriyevin idarə etdiyi “BMW” markalı avtomobil və Beyləqan rayon sakini Firdovsi Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub.
Nəticədə, “Mercedes”in sürücüsü F.Əliyev hadisə yerində ölüb, onun xəsarət alan sərnişini, həmyerlisi Habil Cəfərov və “BMW”nin sürücüsü N.Nuriyev xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyi nəticəsində N.Nuriyevin həyatını xilas etmək mümkün olsa da, H.Cəfərovun dünyasını dəyişib.
Baş vermiş qəzayla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: