Azərbaycanın Hacıqabul rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə martın 5-i axşam saat 20.00 radələrində baş verib.
Rayon sakini Fikrət Ələkbərov qardaşı arvadı Güldəstə Ələkbərovanı yaşadığı evdə, valideynlərinin gözü qarşısında döş nahiyəsindən bir bıçaq zərbəsi vuraraq xüsusi amansızlıqla qətlə yetirib. Hadisədən sonra F.Ələkbərov hadisə yerini tərk edib.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı rayon Prokurorluğunda AR CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Hacıqabul sakini qardaşı arvadını qətlə yetirib
Hadisə şəxsi münasibətlər zəminində baş verib




Şərhlər