Hadisə

Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində zəlzələ olub

Yeraltı təkanların gücü 2,8 balla ölçülüb

· Xəbərçi
Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində zəlzələ olub
Gürcüstanda növbəti zəlzələ baş verib. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, 2,8 bal gücündə olan zəlzələ azərbaycanlıların yaşadığı Kvemo Kartli (tarixi adı Borçalı) regionunda qeydə alınıb.

Qeyd edək ki, bu rayon Gürcüstanın seysmoloji cəhətdən aktiv zonasına daxildir.

Xatırladaq ki, Gürcüstanda son zəlzələ dağlıq ərazi olan Gürcüstan-Raça regionunda qeydə alınmışdı. Avqustun 18-də baş vermiş təkanların gücü 5,5 bal olmuşdu.

Şərhlər