Gürcüstan XİN Putini sərhədi pozmaqda günahlandırdı
04 İyun 2011 Şənbə 00:56
“Kreml özünün yaratdığı işğalçı rejimlər ətarfında legitimlik illüziyası yaratmağa israrla cəhd edir”
Abxaziya separatçılarının lideri Sergey Baqapşın dəfn mərasimində iştirak edən Rusiyanın baş naziri Vladimir Putin Gürcüstanın dövlət sərhədini pozub. Belə bir bəyanatla Gürcüstanın Xarici İşlər Nazirliyi çıxış edib. “Kreml özünün yaratdığı işğalçı rejimlər ətarfında legitimlik illüziyası yaratmağa israrla cəhd edir”, - bəyanatda bildirilir. Rəsmi Tiflis hesab edir ki, Vladimir Putin belə cəhdlərin iflasa məhkum oldutğunu anlamalıdır.

Bundan başqa, Gürcüstan XİN bəyan edib ki, Rusiya bu ölkənin ərazisində terror aktlarının təşkili və həyata keçirilməsini davam etdirir. Nazirlik beynəlxalq ictimaiyyəti Rusiyadan Gürcüstana qarşı terror aktlarının hazırlanmasını dayandırmağı və 12 avqust 2008-ci ildə imzalanmış razılaşmanı tam yerinə yetirməyi tələb etməyə çağırır.

Qeyd edək ki, Abxaziya separatçılarının lideri Sergey Baqapş mayın 29-da Moskvada ölüb. O, iyunun 2-də Gürcüstanın işğal altındakı Suxumi şəhərində dəfn edilib. Separatçıların lideri ilə vida mərasimində Rusiyanın baş naziri Vladimir Putin də iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar