Güləyən qız
08 Avqust 2011 Bazar Ertəsi 18:02
7 yaşlı uşaq 1 ay dayanmadan gülüb
Yeddi yaşlı Böyük Britaniya sakini Enn Stivens az qala bir ay durmadan gülüb. Bu barədə "The Daily Mail" bildirib. Bu, onun baş beyinindən şişi götürmək üçün aparılan cərrahiyyə əməliyyatından dərhal sonra baş verib. Valideynlərinin sözlərinə görə, əməliyyatın bu qeyri-adi yan effekti onlara uşaqlarının xəstəliyinin dərdini unutmaqda yardımçı olub. Kiçik Ennə hələ iyun ayında "xərçəng" diaqnozu qoyulub. Həkimlər qızın sol gözünün altında şiş görə kimi onu dərhal əməliyyat ediblər.
Əməliyyatdan sonra valideynləri görüblər ki, yeddi yaşlı qız həddindən çox gülməyə başlayıb. 40 yaşlı Venn Stivensin sözlərinə görə, o və əri Duq əvvəlcə qızın qəribə hərəkətlərindən heyrətə düşüblər və bərk qorxublar. "O, durmadan 15 dəqiqə gülə bilirdi",- deyə V.Stivens bildirir. Qız üç həftəyə qədər gülüb və sonra onün güləyənliyi azalıb.

Həkimlər E.Stivensin qeyri-adi güləyənliyini affektiv labualliklə izah ediblər. Bu psixi halda əhvalın qeyri-sabitliyi müşahidə edilir və xəstə öz emossiyalarını nəzarətdə saxlaya bilmir. Affektiv labualliyin əsas səbəblərindən biri baş beyinin müxtəlif cür zədələnməsi, o cümlədən cərrahi müdaxilədir. Beyni əməliyyatı keçirmiş pasientlərin 5%-i bü cür fəsadla üzləşirlər.

Enn Stivens indən belə 16 aylıq şüa və kimya terapiyasından keçməlidir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar