Azərbaycanın Göygöl rayonunda iki qardaşın ölümü ilə nəticələnən partlayış baş verib. Raon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 12:30 radələrində rayonun Balcılı kəndində qeydə alınıb.
11 yaşlı Ceyhun Əli oğlu Rzayev və qardaşı 10 yaşlı Heydər həyətlərində İran istehsalı olan 3 litrlik qaz balonu ilə oynayarkən qəfildən partlayış baş verib. Hadisə nəticəsində hər iki qardaş ölüb. Təzyiqin gücündən evin pəncərələrinin şüşələri sınıb.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Göygöldə iki qardaş faciəvi şəkildə öldü
Hadisə qaz balonunun partlaması nəticəsində baş verib




Şərhlər