Göyçay rayonunda iki nəfərin vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə dünən axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 218-ci kilometrliyində, Göyçay rayonu ərazisində baş verib. Göyçay mərkəzi rayon xəstəxanasından verilən məlumata görə “VAZ 2109” markalı minik maşını yolu keçən iki piyadanı -1968-ci il təvəllüdlü Maqsudov Zülfüqar Nəcməddin oğlunu və 1978-ci il təvəllüdlü Məmmədov Teymur Nəriman oğlunu vurub. Hadisə nəticəsində onlar ağır bədən xəsarətləri ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Göyçayda İki piyadanı avtomobil vurub
Hər iki piyada xəstəxanaya yerləşdirilib




Şərhlər