Göyçayda ana özünü və azyaşlı uşağını niyə öldürdü?
16 İyul 2010 Cümə 14:30
Göyçayda ana özünü və azyaşlı uşağını niyə öldürdü? Hadisənin təfərrüatı açıqlanıb.
Göyçay rayonunda ananın özünü və azyaşlı uşağını öldürməsinin ilkin səbəbləri məlum olub. Xəbər verdiyimiz kimi, dəhşətli hadisə iyulun 13-də saat 15:00 radələrində Göyçayın İnçə kəndində qeydə alınıb. İnçə kəndinə gəlin köçən Oğuz rayon sakini 22 yaşlı Qızlgül Lətifova yaşadığı evin həyətindəki yardımçı tikilidə əvvəlcə iki yaşlı oğlu Məhəmmədi, sonra isə özünü kəndirlə asaraq öldürüb.

Rayon Prokurorluğunun müstəntiqi Avtandil Babayev Milli.Az-a bildirib ki, ilkin araşdırmaların nəticələrinə görə, Q.Lətifovanın həyat yoldaşı Zabit Lətifov uzun müddətdir Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır və orada başqa qadınla evlənib.

Hadisədən 15 gün əvvəl Z.Lətifov Göyçaya gəlibmiş. O, iki həftə kənddə qaldıqdan sonra yenidən Rusiyaya qayıtmaq istəyərkən, Qızılgül onu da özü ilə Rusiyaya aparmasını istəyib. Lakin inadcıl ər həyat yoldaşını və uşağını Göyçayda qoyaraq iyulun 12-də Rusiyadakı arvadının yanına yollanıb. Z.Lətifovun gedişinin səhərisi gün Q.Lətifova özünü və uşağını öldürüb.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar