Göyçay şəhər məscidindəki əxlaqsız hərəkətlərlə bağlı cinayət işi başlanıb
14 Avqust 2010 Şənbə 17:00
İş üzrə rayon prokurorluğunda istintaq aparılır.
Göyçay rayon prokurorluğu tərəfindən aparılmış araşdırmalarla 29 iyul 2010-cu il tarixdə Göyçay şəhərinin Yuxarı məscidinin məscid-mədrəsə kompleksinin binasında həmin məscidin dini icmasının sədri Babayev Əsgər Nadir oğlunun Göyçay şəhər sakini Cəfərova Laləyə (ad və soyad şərti verilir) qarşı zor tətbiq edib sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri törətməsi müəyyən edilmiş və həmin faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Hazırda iş üzrə rayon prokurorluğunda istintaq davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: