Rusiyada kənd təsərrüfatı mallarının ticarəti ilə məşğul olan Göyçay rayonu Bığır kənd sakini həmyerlisini qətlə yetirib.
Bığır kənd İcra Nümayəndəliyindən
APA-nın yerli bürosuna verilən məlumata görə, Rusiyanın Kursk şəhərində kənd təsərrüfatı mallarının topdansatış bazasında işləyən Bığır kənd sakinləri - 1973-cü il Ziyadov Zahid Ziyad oğlu və 1975-ci il təvəllüdlü Səmədov Üzeyir Əliağa oğlu arasında dekabrın 11-dən 12-nə keçən gecə insident baş verib. Şəxsi münasibətlər zəminində baş verən dava zamanı Zahid Ziyadov bıçaqla Üzeyir Səmədovun ürək və qarın nahiyəsinə bir neçə zərbə vuraraq hadisə yerindən qaçıb. Ü. Səmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Zahid Ziyadovu saxlayaraq istintaqa təhvil veriblər. Ü. Səmədovun meyiti isə bu gün doğulduğu Bığır kəndinə gətirilib.