Goranboyda dəhşətli nəqliyyat qəzası: 5 ölü
07 Noyabr 2011 Bazar Ertəsi 05:21
Qəza Qazax-Bakı magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib.
Goranboyda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gün saat 16.00 radələrində “VAZ-2106” markalı avtomobillə “Volkswagen Passat” markalı minik maşınının toqquşması nəticəsində baş verib. Qəzada 3 nəfər - Tovuz rayonu Aşağı Ayıblı kənd sakinləri, 1988-ci il təvəllüdlü Aslanov Vasif Ələddin oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Rüstəm Xaliq oğlu, Tovuz rayon Alakol kənd sakini, 1986-cı il təvəllüdlü Zamanov Babək Cavanşir oğlu hadisə yerində ölüblər.
Tovuz rayon Alakol kənd sakini, 1985-ci il təvəllüdlü İsayev Səyyaf Mənsur oğlu Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, S. İsayev həkim nəzarətinə götürüləndən təqribən 1 saat sonra dünyasını dəyişib.
Hadisə şahidlərinin verdiyi xəbərə görə, qəza nəticəsində yaralanan iki nəfər və ölmüş bir nəfər isə Yevlax MRX-ya çatdırılıb. Yaralılar Bakı şəhər sakinləri, 1959-cu il təvəllüdlü Əliyev Kəmaləddin Nəsirulla oğlu və onun oğlu Nəsirli Elmir Kəmaləddin oğludur.
Yevlax Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə gətirilən meyitin üzərində isə hər hansı sənəd olmadığından onun şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin Təhqiqat və İstintaq şöbəsində cinayət işi başlanıb.
DOSTLARINLA PAYLAŞ: