Goranboyda 19 yaşlı qıza təcavüz olundu
15 Avqust 2011 Bazar Ertəsi 10:59
Hadisə zərərçəkmiş qız başqa kənddən evə qayıdarkən baş verib
Goranboy rayonunda zorlama hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Milli.Az-a verilən məlumata görə, Təhlə kənd sakini 20 yaşlı Rəhilə Rəfiyeva (ad və soyad şərtidir) zorlanıb.

O, avqustun 13-də Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, avqustun 12-də saat 14:00 radələrində Xan Qərvənd kəndindən Təhlə kəndinə qayıdarkən 22 yaşlı Rahib Qurbanov onu evə aparmaq adı ilə maşınına əyləşdirib. Sürücü maşını heç kimin olmadığı boş sahəyə aparıb. Orada R.Rəfiyeva ilə zorla cinsi əlaqədə olub.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar