Goranboy rayonunda tüfəngdən açılan atəş azyaşlı uşağın həyatına son qoyub.
Daxili İşlər Naziliyinin mətbuat xidmətindən ANS PRESS-ə veriln məlumata görə, rayonun Erkəc kənd sakini İsa Rəhimovun ov tüfəngi ilə açdığı atəş, kənd sakini 5 yaşlı Umud Məmmədova dəyib. Uşaq aldığı güllə yarasından ölüb. Bədbəxt hadisə İ.Rəhimovun silahla ehtiyatsız davranması nəticəsində baş verib.
Xocalı rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Goranboy sakini tüfənglə 5 yaşlı uşağı öldürdü
Goranboy sakini tüfənglə 5 yaşlı uşağı öldürdü. Hadisə ehtiyatsızlıqdan baş verib.




Şərhlər