Bu gün axşam saatlarında Goranboy rayoununun Tapqaraqoyunlu kənd sakini minaya düşüb. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə təxminən saat 17:30 radələrində baş verib. Kənd ərazisində qoyun otaran 1977-ci il təvəllüdlü Şaban Əhmədov dumanlı havada yolunu azaraq minalanmış əraziyə çıxıb. Nəticədə minalardan biri partlayıb.
Əhmədov hadisə yerindəcə keçinib. Onun meyidi artıq ərazidən çıxarılaraq yaxınlarına təhvil verilib.
Goranboy sakini minaya düşüb
34 yaşlı Şaban Əhmədov yerindəcə keçinib




Şərhlər