Dünyanın ən iri internet şirkəti “Google”nin 2011-ci ilin birinci rübü ərzində əldə etdiyi təmiz mənfəət 2,3 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin həmin dövrdəki göstəricidən 18 faiz çoxdur.
Bir adi səhm üzrə hesabda şirkətin mənfəəti 7,04 dollar olub. “Google”nin əməliyyat mənfəəti isə 2,8 milyard dollar təşkil edib.
Bu ilin birinci rübündə internet-nəhəngin mədaxili 2010-cu ilin analoji dövrü (6,77 milyard dollar) ilə müqayisədə 27 faiz artaraq 8,58 milyard dollar olub.
Qeyd edək ki, daha öncə, “Thomson Reuters” şirkətinin analitikləri “Google” şirkətinin hesabat dövründə mədaxilinin 6,32 milyard dollar təşkil edəcəyini proqnozlaşdırırdılar.
"Google" proqnozları alt-üst edib
Şirkətin 2011-ci ilin birinci rübü ərzində əldə etdiyi təmiz mənfəət 2,3 milyard dollar təşkil edib




Şərhlər