“Google” erməniləri dəli etdi 
    20 Fevral 2012 Bazar Ertəsi 06:21
    Ermənilər “Google”, “Apple” və “Microsoft”u özlərinin əliyhdarı olmaqda ittiham edib
    
                	 
    
         Dünyanın ən böyük virtual axtarış sistemlərindən olan “Google”də keçən həftə ermənilər pis bir sürprizlə qarşılaşıb. Məlumata görə, fevralın 18-də “google translate” xidməti “erməniləri sevirəm” sözünü “I love Turkey” (Türkiyəni sevirəm) kimi tərcümə edib. “Google”də olan bu səhvi ilk dəfə  livanlı fəal Seruj Baqdasaryan görüb. Dünyanın müxtəlif yerlərində olan ermənilərlə əlaqə yaradan Baqasaryan bu vəziyyətin qarşısını almağa müvəffəq olub. 
Qeyd edək ki, “Google” rəsmiləri baş verənlər baqrədə açıqlama verməyib. Amerikada yaşayan ermənilər isə “Google”, “Apple” və “Microsoft”u erməni əliyhdarı olmaqda ittiham edib. 
DOSTLARINLA PAYLAŞ: