Hadisə

Gölə düşən 2 yaşlı övladını xilas etmək istəyən ana suda boğulub

Hadisə Mingəçevirdə baş verib.

· Xəbərçi
Gölə düşən 2 yaşlı övladını xilas etmək istəyən ana suda boğulub
Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə yanvarın 4-də Mingəçevir şəhərindəki “Qum-çınqıl karxanası” adlandırılan ərazidə qeydə alınıb. Ərazidəki gölə düşən 2 yaşlı Yusifi xilas etməyə cəhd göstərən anası Çinarə İbrahimova suda boğularaq ölüb.

Şərhlər