Hadisə

Gizir yol qəzasında dünyasını dəyişib

Hadisə gizir Fariz Ağayevin gizir yoldaşının idarə etdiyi «BMW» markalı avtomobili aşırması nəticəsində baş verib

· Xəbərçi
Gizir yol qəzasında dünyasını dəyişib

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri yol qəzasında dünyasını dıyişib. Cəlilabad rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Alar kəndi ərazisində, Ələt-Astara yolunun 125-ci kilometrliyində  gizir Yusif Paşayev idarə etdiyi «BMW» markalı avtomobili aşırıb. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişin, «N» saylı hərbi hissənin digər giziri Fariz Ağayev orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov /ANS PRESS/

Şərhlər