Hadisə

General-mayor Lənkəran Əliyevin qardaşı oğlu şəhid olub

O, Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində həlak olub.

· Xəbərçi
General-mayor Lənkəran Əliyevin qardaşı oğlu şəhid olub
Azərbaycan Milli Ordusunun zabiti leytenant Emin Elmar oğlu Əliyev dünən günün ikinci yarısında cəbhənin Xocavənd rayonunun Kuropatkino istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, zabit snayper gülləsindən ölüb.

şəhid olan zabit general-mayor Silahlı Qüvvələrin Akademiyasına qərargah xidməti kafedrasının rəisi Lənkəran Əliyevin qardaşı oğludur.

Allah rəhmət eləsin!

Şərhlər