Hadisə

Gəncədə yeni ailə quran qadın intihar etdi

22 yaşlı Ülviyyə Hüseynovanın özünü asmasının səbəbləri məlum deyil

· Xəbərçi
Gəncədə yeni ailə quran qadın intihar etdi
Gəncədə 22 yaşlı gənc qadın yaşadığı evdə özünü iplə asıb. Hadisə ötən gün səhər saatlarında qeydə alınıb. Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, şəhərdəki Sevil Qazıyeva küçəsində yaşayan Gəncə şəhər sakini, 22 yaşlı Ülviyyə Hüseynova yaşadığı fərdi evin yaxınlığındakı yarımçıq tikilidə borudan özünü plastik iplə asıb. Onun intiharının səbəbləri məlum deyil.

Qeyd edək ki, intihar edən qadın yeni ailə həyatı qurubmuş. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, istintaq aparılır.

Şərhlər