Gəncədə və Bakıda silah-sursat tapılıb
29 May 2009 Cümə 14:10
Tapılna silah-sursatların mənbəsi bilinmir

Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları şəhər ərazisindən 1 ədəd "AK-74" markalı avtomat, 18 ədəd avtomat gülləsi və 1 ədəd güllə darağı tapıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bakıda isə Sabunçu RPİ-nin 12-ci polis bölməsinin əməkdaşları rayon ərazisindən 240 ədəd müxtəlif çaplı güllə və 1 ədəd nömrəsi silinmiş "Marqolin" markalı tapança, Suraxanı RPİ-nin əməkdaşları isə rayon ərazisindən 1 ədəd xaricdə istehsal olunmuş "Voltram" markalı tapança və 44 ədəd avtomat gülləsi aşkar ediblər. Adıçəkilən polis idarələri tərəfindən silahların kimlər tərəfindən atıldığının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar