Hadisə

Gəncədə sərxoş şəxs FHN-i ayağa qaldırdı

Bir binanın sakinləri təhlükə qarşısında qalıb.

· Xəbərçi
Gəncədə sərxoş şəxs FHN-i ayağa qaldırdı
Gəncə şəhəri, Kəpəz rayonunda yaşayış binalarından birində kəskin qaz iyinin gəlməsi barədə FHN-ə məlumat daxil olub. Hadisə yerinə cəlb edilən xilasedicilər təhlükəsizlik tədbirləri çərçivəsində binada qaz və elektrik təchizatını dayandırıb. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qaz sızması həmin binadakı mənzillərdən birində baş verib. Xilasedicilər tərəfindən qeyd olunan mənzilin qapısının açılması üçün müvafiq şərait yaradılıb. Mənzilə baxış keçirilərkən sərxoş vəziyyətdə aşkarlanan vətəndaşın yatdığı və qaz sobasının açıq qalması səbəbindən qaz sızmasının baş verdiyi müəyyən olunub.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb və əməliyyat saat 05:35-də başa çatıb. ANSPRESS

Şərhlər