Hadisə

Gəncədə sakini iki şəxs bıçaqladı

Hadisədə şübhəli şəxs saxlanılıb.

· Xəbərçi
Gəncədə sakini iki şəxs bıçaqladı
Gəncə şəhərində iki nəfər bıçaqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 25-də saat 16.00 radələrində Gəncə şəhərinin ərazisindən şəhər sakinləri Həsən Vəliyev və Şəhriyar Mehdiyev bıçaqlanıb. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya gətirilərək həkim nəzarətinə verilib.

Nizami (Gəncə) rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini Elnur Məmmədov tutulub. Hadisənin nə səbəbdən baş verməsi polis tərəfindən araşdırılır. ANSPRESS

Şərhlər