Gəncə şəhərində 3 nəfər dəm qazından zəhərlənib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə Gəncənin Kəpəz rayonu ərazisində baş verib.
Şəhər sakinləri Cəmilə Qurbanova, nəvələri 13 yaşlı Cəmilə İsmayılzadə və 7 yaşlı Faiq İsmayılzadə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya aparılıblar.
Hazırda onların vəziyyəti qənaətbəxşdir.
Gəncədə nənə və nəvələri dəm qazından zəhərlənib
Onların vəziyyəti qənaətbəxşdır




Şərhlər