Hadisə

Gəncədə avtomobil 5 yaşlı uşağı vuraraq qaçıb

Ruslan Zeynalov hadisə yerində ölüb

· Xəbərçi
Gəncədə avtomobil 5 yaşlı uşağı vuraraq qaçıb
Gəncə şəhərində azyaşlının ölümü ilə əticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə fevralın 3-də saat 17.00 radələrində Gəncə şəhəri ərazisində olub.

Müəyyən edilməmiş avtomaşınla şəhər sakini 5 yaşlı Ruslan Zeynalov vurulub. Nəticədə R.Zeynalov hadisə yerində ölüb.

Kəpəz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Şərhlər