Gəncədə qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 7-də Gəncə şəhər sakini İmaməddin İsgəndərov ayaq nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və orada keçinib.
Kəpəz Rayon Polis Şöbəsi (Kəpəz RPŞ) əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı iyunun 28-də qohumu, Gəncə şəhər sakini Valeh Quliyevin İ.İsgəndərova bel ilə diz nahiyəsindən xəsarət yetirməsi müəyyən edilib.
Kəpəz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Quliyev tutularaq cinayət məsuliyyətinə cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir. ANSPRESS
Gəncədə keçmiş məhkum qohumunu qətlə yetirib
Gəncədə keçmiş məhkum qohumunu bellə öldürüb.




Şərhlər