Gəncədə bağırsaq infeksiyası sürətlə yayılır
12 Aprel 2011 Çərşənbə Axşamı 17:49
Valideyn uşağı vaxtında həkimə gətirməzsə, onu itirmək riski ilə də qarşılaşa bilər
Bu ilin qış aylarından etibarən Gəncədə kütləvi sürətdə böyüklər və uşaqlar arasında bağırsaq infeksiyası artıb. Qızdırma, qusma və ishalla müşahidə olunan bu infeksiyalar böyüklərə nisbətən müqaviməti zəif olan uşaq orqanizmi üçün daha ağır fəsadlar yaradır. Mütəxəssislərin sözlərinə görə, valideyn uşağı vaxtında həkimə gətirməzsə, onu itirmək riski ilə də qarşılaşa bilər.
Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində isə bildirilir ki, bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya son 3 ayda cəmi 51 nəfər daxil olub. Kiçik araşdırma zamanı məlum olub ki, xəstələrin sırasında adı qeydiyyata alınmayan da var.
“Belə xəstələr çox vaxtı evlərdə özbaşına müalicələr alır. Onlarda diareya, qusma, işləmə şəklində özünü göstərdiyinə görə, xəstəliyin 2-3 günündə hər bir valideyn özü çalışır ki, uşağını müalicə etsin. Amma bu düzgün deyil, xəstəliyin törədicisi də öz mikroflorasını dəyişmiş olur. Hətta uşaq xəstəxanaya çatan zaman həkim onda hansı mikrob, yaxud hansı xəstəliyin əlamətləri olduğunu araşdıra bilmir”.
DOSTLARINLA PAYLAŞ: