Hadisə

Gəncədə 25 yaşlı oğlan doğma qardaşını öldürdü

Gəncədə 25 yaşlı oğlan doğma qardaşını öldürdü. Hadisə 3 saylı litseyin yataqxanasında qeydə alınıb.

· Xəbərçi
Gəncədə 25 yaşlı oğlan doğma qardaşını öldürdü
Azərbaycanın Gəncə şəhərində dəhşətli qətl hadisəsi törədilib. Bu barədə APA-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib.
Hadisə ötən gecə Gəncə şəhərindəki 3 saylı Litseyin yataqxanasında qeydə alınıb. Orada məskunlaşan Kəlbəcər sakini, 25 yaşlı Rəsul Abbasov münaqişə zəminində 16 yaşlı qardaşı Zauru bıçaqla qətlə yetirib. Rəsul Abbasov tutulub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. ANSPRESS

Şərhlər