Gəncə şəhərində 17 yaşlı qız itkin düşüb. Gəncə şəhər Polis İdarəsinin rəisi Elçin Qasımovun "ganca.az"a verdiyi məlumata görə, Şəmkir rayonunun Yeni Həyat kənd sakini, 1992-ci il təvəllüdlü Şəhanə Şahin qızı Zeynalova mayın 23-də Gəncə şəhərində itkin düşüb. Bu barədə Polisə Şəhanənin Gəncədə yaşayan xalası məlumat verib. O bildirib ki, Şəhanə axırıncı dəfə evdən mağazaya getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Elçin Qasımov qeyd edib ki, Şəhanənin anası ilə arasında bir müddət anlaşılmamazlıq yaşanıb. Elə buna görə də o, xalasının yanına gəlib.