Hadisə

Gənc qız özünü 18-ci mərtəbədən atdı

Onun kimliyi müəyyənləşdirilir

· Xəbərçi
Gənc qız özünü 18-ci mərtəbədən atdı
Bu gün Bakıda intihar hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, ötən gün saat 15.30 radələrində gənc qız özünü Nəsimi rayonu, İmran Qasımov küçəsində yerləşən 18 mərtəbli binanın sonuncu mərtəbəsindən ataraq öldürüb.

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə yarinə rayon polisinin və prokurorluğun əməkdaşları gedərək ilkin araşdırma işlərinə başlayıblar. Hadisənin baş vermə səbəbi və meyitin kimə məxsus olduğu araşdırılır.

Şərhlər