Hadisə

Gənc qız bədbəxt hadisə nəticəsində öldü

Epilepsiya xəstəsi su arxına yıxılıb

· Xəbərçi
Gənc qız bədbəxt hadisə nəticəsində öldü
Azərbaycanın Qusar rayonunda bədbəxt hadisə baş verib. Rayon Prokurorluğunun müstəntiqi İsmayıl Ağayevin ANS PRESS-in bölgə müxibirinə verdiyi məlumata görə, hadisə dünən axşam saat 20:00 radələrində rayonun Köhnə Xudat kəndində qeydə alınıb.

Kənd sakini 27 yaşlı Diana Hörmət qızı Paşayeva yaşadığı evin arxasında həyət işləri ilə məşğul olarkən qəfildən su arxına yıxılaraq ölüb. Ekspertiza zamanı məlum olub ki, Diananın ölümünə səbəb suda boğulması olub.

Məlumata görə, subay olan D.Paşayeva epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Şərhlər