Hadisə

Gənc oğlanı öldürüb yol kənarına atdılar

Onun üzərində çoxsaylı xəsarətlər olub

· Xəbərçi
Gənc oğlanı öldürüb yol kənarına atdılar
Xaçmaz rayonu ərazisində qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, 30 yaşlı Cümşüd Xudaverdiyev qətlə yetirilib. Onun meyiti avqustun 2-də saat 20:00 radələrində Tel kəndi ərasində yolun kənarında aşkarlanıb. Meyitin üzərində kəsici-deşici alətlə yetirlimiş çoxsaylı xəsarətlər olub. Qətlin kim tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər