Bakıda gəmi təmiri zavodunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Səbail rayonunda zavod ərazisində istifadəsiz yük gəmisinin hissələri üzərində mazut qalıqları 30 kvadratmetr sahədə yanıb. Yanğın saat 12:05-də hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin ehtimala görə, yanğına kəsilməkdə olan gəmidə qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub.
Gəmi təmiri zavodunda yanğın olub
Hadisə qaynaq işləri aparılarkən baş verib




Şərhlər