Bakı şəhərində gəlin qaynı tərəfindən bıçaqlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 20-də saat 17.00 radələrində Suraxanı rayonu N.İsmayılov küçəsində yaşayan 47 yaşlı İbad Namazov ailə münaqişəsi zəminində gəlinləri 46 yaşlı Kifayət Namazovanı bıçaqla vurub. Döş qəfəsindən ağır xəsarət alan K.Namazova xəstəxanaya aparılıb.
Suraxanı rayon Polis İdarəsi 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş İ.Namazov saxlanılıb.
Faktla bağlı Azərbaycan CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov /ANS PRESS/