Hadisə

Gədəbəydə ər arvadını qətlə yetiribqətl hadisəsi

Cinayətdə əli olan Elşən Əliyev artıq saxlanılıb

· Xəbərçi
Gədəbəydə ər arvadını qətlə yetiribqətl hadisəsi
Gədəbəy rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Ağamalı kənd sakini Şəkər Vəliyeva evində qətlə yetirilib. Onun kürək nahiyəsindən bıçaqlanmış meyiti fevralın 5-də saat 14:00 radələrində aşkarlanıb.

Aparılan araşdırmalardan sonra qətlin mərhumun həyat yoldaşı 35 yaşlı Elşən Əliyev tərəfindən törədildiyi məlum olub. O, polis tərəfindən tutularaq istintaq orqanına təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər